“Sanderlend” klubu COVİD-19 epidemiyasına görə yaranan böhranla əlaqədar qərar qəbul edib.
Offsideplus.az xəbər verir ki, ölkənin gücünə görə üçüncü liqasında (League One) mübariz aparan klub bütün oyunçularını tətilə göndərib.
Yalnız bəzi klub rəsmilərinin və baş məşqçi Fil Parkinsonun evdən işinə davam edəcəyi açıqlanıb.
Qeyd edək ki, bundan əvvəl "Liverpul" da futbolçularını tətilə göndərmişdi.