Dieqo Maradona nümunəvi addım atıb.

Offsideplus.az xəbər verir ki, argentinalı dünya ulduzu çalışdığı "Ximnasiya"da maaşının azaldılmasını istəyib. Bu haqda məlumatı klubun prezidenti Qabriel Pelleqrino verib. O, Maradonanın rəhbərlikdən maaşının azaldılmasını istədiyini bildirib. Qabriel Pelleqrino argentinalı ilə sazişin uzadılacağını da bildirib.

Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar Argentinada martın 17-dən etibarən bütün futbol yarışları təxirə salınıb.