"Jilina" fəaliyyətini dayandırıb.
Offsideplus.az xəbər verir ki, bu barədə məlumatı klubun rəsmi saytı yayıb.
Sloveniya təmsilçisi maliyyə böhranı səbəbindən bu addımı atıb. Jilina klubu aprelin 1-dən rəsmən fəaliyyətini dayandıracaq.
Qeyd edək ki, 1908-ci ildə yaranmış "Jilina" 7 qat Slovakiya çempionudur. Azərbaycanlı hücumçu Ramil Şeydayev 2017-ci ildə bu klubun şərəfini qoruyub.