Azərbaycan millisinin hücumçusu Renat Dadaşov formasını geyindiyi “Ayntraxt” klubundan qovulub.

Offsideplus.az xəbər verir ki, buna futbolçunun intizamsızlığı səbəb olub.

Əvvəllər də bir neçə dəfə qeyri-etik davranışlara yol verən forvardın komanda yoldaşı ilə dalaşması rəhbərliyin səbr kasasını daşırıb. Frankfurt təmsilçisinin gənc futbolçular üzrə şöbəsinin rəhbəri Armin Kraaz qərarın qəti olduğunu bildirib:

“Onu intizamsızlıq səbəbindən komandadan kənarlaşdırdıq. Renat məşqlərə buraxılmayacaq. Yeni baş məşqçi yenidən imkan yaratmışdı. Lakin bundan artıq şans verilməyəcək”.