Azərbaycan badmintonçusu Edi Reski Dviçayonun Ukraynanın paytaxtı Kiyevdəki Avropa çempionatında iştirak edə bilməyib.

Azərbaycan Badminton Federasiyasının Mətbuat xidmətindən Offsideplus.az-a verilən məlumata görə, koronavirus yarış təxirə salınmasına səbəb olub.

Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xalları verən Avropa çempionatı 12 - 26 aprelə nəzərdə tutulmuşdu. Turnirin bu il ərzində keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, Beynəlxalq Badminton Federasiyası Danimarkadakı dünya çempionatını və bir neçə turniri təxirə salıb.