Futbol üzrə yığma komandamızın üzvü Riçard Almeydanın çıxış etdiyi Birləşmiş Ərəb Əmirliklərinin “Baniyas” klubu “Prezident kuboku”nda növbəti oyununu keçirib.
Offsideplus.az xəbər verir ki, komanda yarımfinal mərhələsi çərçivəsində “Əl-Dafra” ilə üz-üzə gəlib. Görüşün əsas vaxtı qolsuz bərabərliklə başa çatdığı üçün əlavə vaxta ehtiyac duyulub. Burada 1 qol buraxan "Baniyas" 0:1 hesabı ilə uduzub.
Almeyda da bu görüşün iştirakçısı olub. O, 120 dəqiqə meydanda olub.