Futbol üzrə yığma komandamızın üzvü Eddi İsrafilovun çıxış etdiyi "Albasete"  klubu İspaniya Sequndasında növbəti görüşünü keçirib.

Offsideplus.az xəbər verir ki, komanda 31-ci turda səfərdə "Jirona" ilə qarşılaşıb. Oyun 1:1 hesabı ilə başa çatıb.

Millimizin futbolçusu da bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 90 dəqiqə oynayıb.

Qeyd edək ki, “Albasete” hazırda 35 xalla 22 iştirakçı arasında 18-ci pillədə qərarlaşıb.