Fevralın 21-də Avropa parlamentin Brüsseldəki binasında qitənin kiber idman federasiyasının (EEF) təsisetmə toplantısı baş tutub.
Offsideplus.az xəbər verir ki, tədbir çərçivəsində təşkilatın prezidentinin, federasiyanın idarə heyətinin və müşavirə komitəsinin üzvlərinin seçki prosesi baş tutub.
Azərbaycanı bu tədbirdə kiber idman federasiyasını prezidenti Ramil Əliyev təmsil edib. İclasın yekununa əsasən Ramil Əliyev Avropa kiber idman federasiyasının müşavirə komitəsinin heyətinə üzv seçilib.
Toplantı kiber idman hərəkatının Avropada inteqrasiyası üçün baza yaratmaq imkanı verib.