2020-ci il fevralın 21-də Avropa Parlamentin Brüsseldəki binasında Avropa Kiber İdman Federasiyasının (EEF) təsisetmə toplantısı keçirilib. Tədbir çərçivəsində təşkilatın prezidentinin, federasiyanın idarə heyətinin və müşavirə komitəsinin üzvlərinin seçkisi baş tutub.

Offsideplus.az xəbər verir ki, Azərbaycan Kiber İdman Federasiyasını (AzKİF) toplantıda federasiyanın prezidenti Ramil Əliyev təmsil edib.

İclasın yekununda Avropa Kiber İdman Federasiyasının prezidenti Almaniya Kiber İdman Federasiyasını (ESBD) təmsil edən Xans Yaqnov seçilib. Seçki yolu ilə EEF-in idarə heyətinin və həmçinin təftiş funksiyası olan müşavirə komitəsinın digər üzvləri də müəyyənləşib. Buraya Konstantin Surkont (Rusiya KİF) Boban Totovski (MESF, Makedoniya), Balaş Biro (HUNESZ, Macarıstan), Ramil Əliyev (AzKİF, Azərbaycan), Sami Bessi (BESF, Belçika) daxil olub.

Təsisetmə iclasında həmçinin Avropa Kiber İdman Federasiyasının tamhüququlu üzvləri olan ölkələrin siyahısı müəyyənləşib. 22 dövlətin adının daxil olduğu siyahını təqdim edirik: Avstriya, Azərbaycan, Belarus, Belçika, Macarıstan, Almaniya, Gürcüstan, Danimarka, İsrail, İtaliya, Makedoniya, Norveç, Polşa, Portuqaliya, Rusiya, Serbiya, Slovakiya, Türkiyə, Ukrayna, Finlandiya, Çexiya və İsveç. Böyük Britaniya təşkilatın assosiativ üzvü olub. Bununla yanaşı, müşahidəçilik statusunu ESL Gaming GmbH (Almaniya), ESForce Holding Ltd. (Rusiya) və Burson Cohn & Wolfe (Бельгия) şirkətləri əldə ediblər.

Toplantı Kiber İdman hərəkatının Avropada inteqrasiyası üçün baza yaratmaq imkanı verib. İndi bu təşkilat əsas Kiber İdman turnirlərinin keçirildiyi Avropa ölkələri federasiyalarının yarıdan çoxunu özündə cəmləyir.

European Esports Federation 00627

European Esports Federation 00929