Dieqo Maradona Argentina çempionatının XX turunun "Rosario Sentral" - "Ximnasiya və Esqrima" (1:0) matçında şübhəli vəziyyətdə görüntülənib.
Offsideplus.az xəbər verir ki, matçın gedişində köməkçisi 60 yaşlı mütəxəssisə naməlum maddə gətirib. Bundan sonra onun bütün köməkçiləri onu kameralardan gizlədiblər. Bunun narkotik maddə olduğu iddia olunur. Futbolçu ikən Maradona dəfələrlə narkotik maddə qəbul edib.
Qeyd edək ki, "Ximnasiya və Esqrima" 17 xalla 22-ci yerdə gedir.