“Qarabağ” klubunun sabiq hücumçusu Reynaldonun yeni klubu bəlli olub.
Offsideplus.az xəbər verir ki, 30 yaşlı futbolçu karyerasını Gürcüstanda davam etdirəcək. O, yüksək liqa təmsilçisi “Dinamo”ya (Batumi) keçib.
Reynaldo 2013-2017-ci illərdə “Qarabağ”da çıxış edib. O, 2019-cu ilin qış fasiləsində “Aktobe”dən Ağdam klubuna qayıdıb. 6 ay sonra ağdamlıları tərk edən Reynaldo Qazaxıstan təmsilçisi “İrtış”la müqavilə imzalasa da, komandadan qısa müddət sonra ayrılıb.