İspaniya Kral Kubokunda yarımfinal mərhələsinin püşkatma mərasimi keçirilib.

Offsideplus.az xəbər verir ki, bu mərhələdə aşağıdakı komandalar üz-üzə gələcək:

"Real Sosyedad" - "Mirandes"
"Atletik" (Bilbao) - "Qranada"

Qeyd edək ki, yarımfinalın ilk oyunları fevralın 12-i, cavab görüşləri isə martın 4-ü oynanılacaq.