"Zirə" klubunun baş məşqçisi Zaur Həşimov Antalya toplanışı çərçivəsində bu gün Serbiyanın "Napredak" klubu ilə keçirilən yoxlama matçını şərh edib.
Offsideplus.az xəbər verir ki, o, klubun mətbuat xidmətinə açıqlamasında 2:0 hesablı qələbəyə baxmayaraq, çatışmazlıqarın olduğunu bildirib:
“Qış təlim-məşq toplanışının son oyunu idi. Uşaqlar verdiyimiz tapşırıqları yerinə yetirməyə çalışırdı. Çatışmayan cəhətlərimiz də var. Oyuna baxdıqdan sonra qarşıdakı günlərdə səhvləri aradan qaldırmağa çalışacağıq".