Yığmamızın futbolçusu Pavel Paşayevin şərəfini qoruduğu “Aleksandriya”nın Türkiyədə təlim-məşq toplanışı çərçivəsində yoxlama oyunlarındakı rəqibləri bəlli olub.

Offsideplus.az xəbər verir ki, Ukrayna Premyer Liqası yanvarın 18, 19 və 21-də Bolqarıstan klubları ilə qarşılaşacaq. Komanda müvafiq olaraq “Botev”, “Slaviya” və “Çerno More” ilə üz-üzə gələcək.

Bundan başqa, daha iki yoxlama oyunu keçirəcək Ukrayna təmsilçisi, yanvarın 24-də Makedoniyanın “Makedoniya GP”, 26-da isə Ermənistanın “Pünik” klubu ilə qarşılaşacaq.