İngiltərəli sabiq futbolçusu Devid Bekhemin rəhbərlik etdiyi ABŞ-ın "İnter" klubunun MLS-də (Baş Futbol Liqası) debüt edəcəyi vaxt açıqlanıb.

Offsideplus.az xəbər verir ki, klub  gələn ilin 1 mart tarixində  "Los-Anceles"in qonağı olacaq, martın 14-də "Los-Anceles Qelaksi"ni qəbul edəcək. "İnter" ev oyunlarını 19 min tamaşaçı tutumuna malik Fort-Loderdeyl stadionunda keçirəcək.

Xatırladaq ki, Devid Bekhemin 2007 - 2012-ci illərdə "Los-Anceles Qelaksi"nin formasını geyinib.