Dieqo Maradona yenə də işsiz qalıb.
Offsideplus.az xəbər verir ki, Maradona "Ximnasii”nin baş məşqçi postunu tərk edib. O, bu komandada cəmisi 2,5 ay bundan əvvəl işləməyə başlamışdı.
Dieqo klub rəhbərliyi ilə yaranan fikir ayrılığına görə postunu tərk edib. O, komandanı son məşqə çıxararkən, bu barədə futbolçulara məlumat verib.
Futbolçular ondan qalmağı xahiş ediblər. Göz yaşlarını saxlaya bilməyən Maradona bunun mümkünsüz olduğunu bildirib.