Azərbaycan futbolunun canlı əfsanəsi Nazim Süleymanov ölkəni tərk edib.
Offsideplus.az Futbol11.az-a istinadən xəbər verir ki, Süleymanov Macarıstana yollanıb.
Futbolçu kimi adını qızıl həriflərlə yazdırmış Süleymanov Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyevin qəbulunda olub və müəyyən fikir mbadiləsi aparılıb. Səfərin tam təfərrüatı ilə bağlı məlumat verilməsə də, bunun futbolla bağlı olduğu bildirilir.
Qeyd edək ki, “Alaniya”da Rusiya çempionu olmuş Süleymanov Azərbaycanda son olaraq “Neftçi”nin baş məşqçisi olub.