Futbol üzrə Ukrayna Premyer Liqasında 9-cu turun görüşləri oynanılıb.

Offsideplus.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin formasını geyindyi “Aleksandriya” da növbəti oyununa çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Lvov”la qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən qələbə ilə ayrılıb - 2:0. Paşayev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.