Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan APOEL klubunun yeni baş məşqçisi məlum olub.
Offsideplus.az xəbər verir ki, Nikosiya təmsilçisinin “sükan”ı Tomas Dolla tapşırılıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 53 yaşlı mütəxəssislə 2021-ci ilin yayına qədər müqavilə imzalanıb.
Baş məşqçi karyerası ərzində “Hamburq”, “Borussiya” (Dortmund), “Gənclərbirliyi” kimi klubları çalışdıran Tomas Dollun son iş yeri Almaniya “Hannover”i olub.
APOEL bu gün baş məşqçisi Paulo Trametsani ilə yollarını ayırmışdı.
“Qarabağ” ilk oyunda səfərdə APOEL-i 2:1 hesabıyla məğlub edib. Komandalar arasındakı cavab oyunu avqustun 13-də keçiriləcək.