Bu gün Azərbaycanın sərbəst güləşçiləri “Minsk 2019” II Avropa Oyunlarında mübarizəyə başlayacaqlar.
Offsideplus.az xəbər verir ki, beşinci yarış günündə üçqat dünya və Avropa çempionu Hacı Əliyevlə (65 kq) Nurmaqomed Qadjiyev (97 kq) istisna olmaqla qalan güləşçilər döşək üzərinə çıxacaq. Onlar isə iyunun 26-da bacarıqlarını nümayiş etdirəcəklər.
Azərbaycan idmançıları bu gün həmçinin güllə atıcılığı, cüdo, kamandan oxatma, velosiped, boks, badminton və gimnastika növlərində də qüvvələrini sınayacaqlar.
Güllə atıcılığı
Qadınlar, kiçikçaplı tapança, 25 m
10:00. Nigar Nəsirova
Cüdo
Qarışıq komanda yarışı
11:30. Azərbaycan - Fransa
Kamandan oxatma
Qadınlar, fərdi yarış, 1/32 final
12:00. Ozay Qasımova - Elena Rixter (Almaniya)
Sərbəst güləş
57 kq, 1/8 final
12:10. Mahir Əmiraslanov - Georgi Vangelov (Bolqarıstan)
74 kq, 1/8 final
12:40. Hacımirad Hacıyev - Soner Demirtaş (Türkiyə)
86 kq, 1/8 final
13:00. Aleksandr Qostiyev - Denis Balaur
125 kq, 1/8 final
13:30. Cəmaləddin Məhəmmədov - Vitali Piasniak (Belarus)
Velosiped
Şosse, fərdi yarış
14:00. Samir Cəbrayılov və Elçin Əsədov
Boks
60 kq, 1/8 final
15:30. Cavid Çələbiyev - Dorin Buska (Moldova)
81 kq, 1/8 final
17:00. Alfonso Dominges - Mixail Dolqolevets (Belarus)
49 kq, 1/4 final
20:15. Rüfət Hüseynov - Federiko Serra (49)
Badminton
Kişilər, qrup mərhələsi
G qrupu, II tur
17:00. Azmi Qovumuramadhoni - Robet Mann (Lüksemburq)
Gimnastika
Batut
Kişilər, fərdi yarış
21:05.Ruslan Ağamirov və İlya Qrişunin