Ukraynanın "Şaxtyor" klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib.

Offsideplus.az xəbər verir ki, Donetsk təmsilçisi Luiş Kaştruya tapşırılıb. Portuqaliyalı mütəxəssislə 2 illik müqavilə imzalanıb.

57 yaşlı məşqçinin son klubu "Vitoriya Gimarayş" olub. O, Portuqaliyanın daha bir neçə klubunu çalışdırıb. Kaştru "Şaxtyor"da ötən gün "Roma"ya baş məşqçi təyin edilən Paulu Fonsekanı əvəzləyib.