Ukrayna Premyer Liqasında 20-ci turun oyunları davam edir.

Offsideplus.az xəbər verir ki, milimizin futbolçusu Pavel Paşayevin çıxış etdiyi “Aleksandriya" səfərdə "Stal Kamianske" ilə qarşılaşıb. Matç meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Oyuna start heyətində başlayan Paşayev 90 dəqiqə meydanda olub.

Qeyd edək ki,  “Aleksandriya” hazırda 19 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.