Çinin "Hebey Çayna Forçun" klubu tanınmış baş məşqçisi Kris Koulmeni istefaya göndərib.
Offsideplus.az-ın məlumatına görə, buna səbəb komandanın uğursuz çıxışıdı.
Liqanın ilk 9 turunda aktivinə cəmi 1 xal yazdıran klub rəhbərliyi günahı uelsli mütəxəssisdə görüb və onu postundan qovub. AÇ-2016-da Uels millisini yarımfinala qədər daşıyan 48 yaşlı çalışdırıcı "Hebey Çayna Forçun"a 11 ay əvvəl Manuel Pelleqrininin əvəzinə gəlmişdi.
Qeyd edək ki, "Hebey Çayna Forçun"un heyətində Markao, Xavyer Maskerano və Ezekyel Lavezzi kimi məşhur futbolçular çıxış edir.