FİFA prezidenti Canni İnfantino futbolda transfer sistemində qlobal dəyişikliklər etmək niyyətindədir.
Offsideplus.az xəbər verir ki, onun bununla bağlı 11 bənddən ibarət planı fevralın 28-i FİFA-nın İcraiyyə Komitəsində müzakirə ediləcək.
C.İnfantinonun təklifləri sırasında qış transfer pəcərəsinin ləğvi, icarəyə verilən futbolçuların sayına məhdudiyyət qoymaq və oyunçular üçün maksimum əməkhaqqı müəyyənləşdirmək yer alıb.
Qeyd edək ki, C.İnfantino 2016-cı il fevralın 26-dan FİFA prezidentidir.