Futbol üzrə İspaniya millisinin AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Norveç və Malta ilə keçirəcəyi oyunlar üçün açıqladığı heyətdə dəyişiklik edilib.

Offsideplus.az xəbər verir ki, “Napoli”nin yarımmüdafiəçisi Fabian Ruiz zədələndiyi üçün heyətdən kənarlaşdırılıb. Bu barədə İspaniya milli komandasının rəsmi “tvitter” hesabı məlumat yayıb.

Ruizin əvəzində “Atletiko”nun futbolçusu Saul Niqes milliyə dəvət alıb.

İspaniya millisi martın 23-də Norveç, 26-da isə Malta ilə qarşılaşacaq.