"Qarabağ"ın sabiq futbolçusu Reynaldo Silva karyerasını Qazaxıstanda davam etdirə bilər.
Offsideplus.az xəbər verir ki, qış fasiləsində Trnavanın "Spartak" klubuyla müqavilə imzaladıqdan 3 həftə sonra komandadan ayrılan 28 yaşlı futbolçu "Aktobe"yə keçməyə yaxındır.
Braziliyalı vinger Qazaxıstan klubunun düşərgəsində baxışdadır. 28 yaşlı futbolçunun performansı məşqçilər korpusunu qane etsə, onunla müqavilə imzalayacaq.
Qeyd edək ki, Reynaldo 2013/2017-ci illədrdə "Qarabağ"da çıxış edib.