UEFA Feyr Pley qaydalarını pozduğu üçün Makedoniyanın “Vardar” və Bolqarıstanın “Levski” klubunu cəzalandırıb.
Offsideplus.az UEFA-nın rəsmi saytına istindən xəbər verir ki, hər iki komanda bir illik avrokuboklardan uzaqlaşdırılıb.
Hər iki komanda 2019-cu ilin fevralın 28-nə qədər borclarını ödəməsə, 2019/20 və 2020/21 mövsümlərində də avrokuboklarda iştirak edə bilməyəcək.
UEFA bundan əlavə “Vardar” və “Levski”ni 100 min, Portuqaliyanın “Sportinq” klubunu isə 50 min avro cərimə edib.