Argentina millisinin sabiq baş məşqçisi Xorxe Sampaolinin Braziliyanın “Santos” klubunda baş məşqçi postuna təyin olunduğunu xəbər vermişdik.
Offsideplus.az xəbər verir ki, yeni klubunda ilk mətbuat konfransı keçirilən Sampaoliyə, jurnalistlərlə görüş zamanı maraqlı hədiyyələr verilib.
Aylıq 260 min dollar məvacib alacaq Sampaoliyə mətbəx əşyalarının hədiyyə edilməsi, argentinalı mütəxəssis tərəfindən maraqla qarşılanıb.
Sampaoli DÇ-2018-dəki uğursuz çıxışdan sonra Argentina millisinin baş məşqçi vəzifəsindən istefaya göndərilmişdi.