Uruqvay millisinin sabiq futbolçusu Sebastyan Abreu Braziliyanın "Rio Branko" klubuna transfer olunub.
Offsideplus.az-ın xəbərinə görə, bununla da 42 yaşlı hücumçu karyerasında 27-ci fərqli klubda çıxış edəcək. “Dəli” ləqəbli S.Abreu bu göstəricidə özünün dünya rekordunu yeniləyib.
Abreu ötən il alman qapıçı Luts Fannenstieli (25 klub) geridə qoyarak rekorda imza atmışdı.
Qeyd edək ki, Sebastian Abreu 1996-2012-ci illərdə Uruqvay millisinin heyətində 70 oyun keçirib və 26 qol vurub.