Almaniya millisinin sabiq futbolçusu Bastian Şvaynştayger "Çikaqo Fayr"la yeni müqavilə imzalayıb.

Offsideplus.az-ın ABŞ klubunun saytına istinadən yaydığı xəbərə görə, 33 yaşlı yarımmüdafiəçi ilə müqavilənin müddəti 2018/2019 mövsümünün sonuna qədər uzadılıb.

Qeyd edək ki, B.Şvaynştayger cari mövsüm MLS liqası təmsilçisində 35 matçda 4 qol vurub, 6 qolun ötürməsini verib.