Leo Messinin "İnter Mayami" klubu ilə müqaviləsinin müddəti 2025-ci ilin dekabrında - MLS-də mövsümün başa çatması ilə bitəcək. 

Offsideplus.az xəbər verir ki, argentinalı ulduz Argentina klubu ilə sözləşməni hələ də yeniləməyib. ESPN-nin yaydığı məlumata görə, Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondu 37 yaşlı hücumçu üçün hərəkətə keçib və tərəflər arasında görüşlər start götürüb. 

Qeyd edək ki, Leo Messi 2023-cü ildən "İnter Mayami"nin formasını geyinir və bu klubda 49 qol və 24 assistə imza atıb.