22 illik Arsenal macərası başa çatan Arsen Venger karyerası ilə bağlı maraqlı açıqlama verib.

Offsideplus.az Fransa mətbuatına istinadən xəbər verir ki, 68 yaşlı mütəxəssis yanvar ayından karyerasına davam edəcəyini açıqlayıb: “Dünyanın dörd bir yanından çox sayda təkliflər almışam. Yenidən işləməyə hazıram. Böyük ehtimalla, yanvarın 1-dən məni yeni komandanın başında görəcəksiniz”.

Vengerə bəzi milli komandalardan, eyni zamanda, Yaponiyadan təkliflərin olduğu deyilir.