Sami Mmaenin "Qarabağ"dan uzaqlaşdırılma səbəbi məlum olub.
Offsideplus.az xəbər verir ki,, Qurban Qurbanovun onu əvəzedici heyətə göndərməsinin səbəbi futbolçunun nizam-intizam qaydalarını pozmasıdır.
Hadisə Çempionlar Liqasının "Nyukasl"la matçında (1:6) baş verib. Oyunun 22-ci dəqiqəsində Bəhlul Mustafazadə zədələnərkən məşqçinin onu deyil, Dani Boltu meydana buraxmasına etiraz edən 29 yaşlı müdafiəçi, fasilədə Qurban Qurbanovun oyuna girmək tapşırığını yerinə yetirməkdən imtina edib. O, həmçinin köməkçi məşqçi Elçin Rəhmanovla da mübahisə edib.
Bu hərəkətinə görə əsas komandadan qovulan Mmaenin yayda müqavilə ilə məxsus olduğu Zaqreb "Dinamo"suna qayıdacağı gözlənilir.
(qafqazinfo.az)


