ABŞ-nin Azərbaycandakı Səfirliyi Nəriman Axundzadənin Ohayo ştatının "Columbus Crew" komandasına keçidi ilə bağlı təbrik mesajı yayımlayıb.
Offsideplus.az xəbər verir ki, paylaşımda bunlar qeyd olunub:
"Azərbaycanlı futbol ulduzu Nəriman Axundzadəni ABŞ-nin Ohayo ştatını təmsil edən Columbus Crew klubu ilə müqavilə imzalaması münasibətilə səmimi-qəlbdən təbrik edirik! "Qarabağ FK"nın heyətində nümayiş etdirdiyi parlaq və yaddaqalan çıxışlarla geniş rəğbət qazanan istedadlı gənc hücumçu ABŞ-nin Major League Soccer (MLS) liqası ilə müqavilə imzalayan ilk azərbaycanlı futbolçudur".
Diplomatik korpus, eyni zamanda, "Qarabağ" klubuna bu axşam baş tutacaq Çempionlar Liqası oyununda müvəffəqiyyət və zəfər arzulayıb.



