Qadın voleybolçulardan ibarət UNEC komandası Yüksək Liqada növbəti dəfə biabırçı nəticə göstərib.
Offsideplus.az xəbər verir ki, adıçəkilən klub yarışda ardıcıl 11 dəfə məğlubiyyətlə barışıb. Cari mövsümdə bir set belə qazanmayan UNEC hesabat turunda "Murov Az Terminal"a müqavimətsiz təslim olub. Komanda bütün oyun ərzində heç bir setdə lazım olan qədər xal yığa bilməyib - cəmi 20 xal.
XI turun digər görüşündə “Azərreyl” “Milli Aviasiya Akademiyası”na qalib gəlib. Tura sabah "Gəncə" - "Abşeron" matçı ilə yekun vurulacaq.
Yüksək Liqa, XI tur
“Milli Aviasiya Akademiyası” - “Azərreyl” - 1:3 (23:25, 25:22, 16:25, 21:25)
“Murov Az Terminal” - UNEC 3:0 (25:8, 25:5, 25:7)
1. "Abşeron" 26 xal
2. "Milli Aviasiya Akademiyası" 24 xal
3. "Gəncə" 17 xal
4. "Azərreyl" 15 xal
5. "Murov Az Terminal" 14 xal
6. UNEC 0 xal