Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Avropa kubokunda bürünc medal qazanıb.
Offsideplus.az xəbər verir ki, 3 lent və 2 topla çıxışda fəxri kürsüdə yer alıb.
Ləman Əlimuradova, Zeynəb Hümmətova, Kamilla Əliyeva, Darya Sorokina, Güllü Ağalarzadə və Yelizaveta Luzandan ibarət heyət uğurlu çıxış edərək, 29,950 bal toplayıb. Yığmamız Bolqarıstan (33,900) və İtaliyadan (33,700) geri qalıb.
Komandamız 5 halqa ilə çıxışda mükafatçılar sırasına düşə biməyib. 36,950 bal toplayan yığmamız Avropa kubokunu 4-cü pillədə başa vurub. İsrail (38,950) qızıl, İtaliya (38,050) gümüş, Bolqarıstan (37,750) bürünc medal qazanıb.
Qeyd edək ki, qrup hərəkətləri komandası çoxnövçülükdə də bürüncə sahib çıxıb.