Azərbaycanın yeniyetmə şpaqaçıları Türkiyənin Antalya şəhərində “Cadet Circuit” çərçivəsində beynəlxalq turnirdə qüvvəsini sınayıb.

Offsideplus.az xəbər verir ki, qılıncoynadanlarımız yarışı 2 medalla başa vurublar.

Oğlan şpaqaçılarımız komanda yarışında 22 kollektiv arasında 3-cü yeri tutub. Qız şpaqaçılar 7-ci olub.

Jasmin Əliyeva isə şəxsi yarışda fəxri kürsünün 3-cü pilləsinə qalxıb. Rəhman Məmmədov oğlan şpaqaçıların şəxsi yarışında 6-cı, Bəhram Əliyev 7-ci olub.