Minifutbol üzrə növbəti Avropa çempionatının hansı ölkədə keçiriləcəyi məlum olub.

Offsideplus.az xəbər verir ki, qitə birinciliyi 2024-cü ildə Bosniya və Herseqovinada təşkil ediləcək. 

Paytaxt Sarayevoda keçiriləcək turnir 1-9 iyun tarixlərində olacaq. Ötən il Slovakiyada baş tutan son Avropa çempionatının qalibi Azərbaycan millisidir.