AFFA-nın inzibati binasında qadın məşqçilər üçün UEFA-nın A kateqoriyalı məşqçi kursunun V modulu keçirilib.

Offsideplus.az xəbər verir ki, bir gün ərzində təşkil olunan seminarda 3 mövzu ətrafında məlumat verilib.

Qapıçılar üzrə məşqçilər - Faiq Əzizov, Amil Ağacanov və Elşad Poladov, tibb üzrə AFFA-nın baş həkimi Vyaçeslav Xomenko və oyun qaydaları üzrə sabiq FİFA referi köməkçisi Orxan Məmmədov kurs iştirakçılarına seminar keçiblər.