Misirin Qahirə şəhərində keçirilən bədii gimnastika üzrə “Pharaoh’s Cup” beynəlxalq turnirində Azərbaycanın gənclərdən ibarət qrup komandası uğurlu çıxış ediblər.
Offsideplus.az xəbər verir ki, gənc bədii gimnsatika üzrə millimizin üzvləri Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova və Zəhra Cəfərova 5 ip və 5 topla hərəkətlərin icrasında gümüş, fərdi gimnast Nuray Əhmədzadə isə lentlə hərəkətlərin icrasında bürünc medal qazanıb.