Qadınlardan ibarət karate üzrə Azərbaycan yığmasının lideri İrina Zaretska (68 kq) Fukuokada (Yaponiya) keçirilən Premyer Liqa turnirinin üçüncü mərhələsində bürünc medal görüşünə çıxıb.

Offsideplus.az xəbər verir ki, onun üçüncü yer uğrunda döyüşdəki rəqibi Qazaxıstan təmsilçisi Venera Jaxibayeva olub. Rəqibinə qalib gələn ikiqat dünya çempionu turnirin bürünc medalına sahib çıxıb.

Qeyd edək ki, Rabatda (Mərakeş) keçirilən əvvəlki Premyer Liqa turnirində Zaretska qızıl medal qazanıb.