Ötən gün “Sərhədçi” İdman Mərkəzində basketbol üzrə Azərbaycan kubokunun final qarşılaşması keçirilib.

Offsideplus.az xəbər verir ki, “Gəncə” və NTD komandalarının üz-üzə gəldiyi həlledici oyununa gəncəlilər üstün başlayıblar.

Lakin oyunun ikinci hissəsində geri dönüş edən NTD komandası oyunu əlavə vaxta aparsa da, əlavə vaxtda “Gəncə” 100:89 hesablı qələbə qazanaraq kubokun qalibi olub. Finalın ən dəyərli basketbolçusu kubokun sahibi olan  komandanın oyun qurucusu Kollin Törner seçilib.

Ən məhsuldar basketbolçular “Gəncə”dən Kollin Törner (38 xal, 13 ribaund), NTD-dən Zak Hadson (20 xal, 8 ribaund) olublar.