Ağacan Qulam oğlu Abiyev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Offsideplus.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, Ağacan Abiyev Azərbaycan Respublikasında idmanın inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib.

Qeyd edək ki, bu gün Ağacan Abiyevin 85 yaşı tamam olur.