Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının təsnifat mərhələsində sonuncu oyununu keçirib.

Offsideplus.az xəbər verir ki, A qrupunda yer alan komanda seçmə mərhələnin son matçında Danimarka yığması ilə üz-üzə gəlib.

Oyun rəqibin 3:0 hesablı qalibiyyəti ilə yekunlaşıb.

Yığmamızın yer aldığı A qrupunu 10 xalla Türkiyə yığması 1-ci pillədə baş vurub. Danimarka 8 xalla 2-ci, oyunları xalsız başa vuran Azərbaycan millisi isə turnir cədvəlini sonuncu sırada tamamlayıb. 

Qeyd edək ki, təsnifat görüşlərində 26 komanda 7 qrupa bölünüb. Qrupun ən güclüləri və 5 ən yaxşı ikinci yerin sahibi final mərhələsində iştirak hüququ qazanacaq.

AÇ-2023-ün təsnifat mərhələsi 

A qrupu 

20 avqust

Danimarka – Azərbaycan 3:0 (25:19, 25:19, 25:15)