Şpaqa üzrə kişilərdən ibarət Azərbaycan millisi Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib.
Offsideplus.az xəbər verir ki, yığma yarımfinalda Özbəkistan ilə keçirdiyi görüşdə 45:32 hesabıyla qələbə qazanıb.
Ruslan Həsənov, Kənan Əliyev və Barat Quliyevdən ibarət komanda qızıl medal uğrunda görüşdə İranla qarşılaşacaq.