Azərbaycanın stend atıcıları Fuad Qurbanov və Nurlana Cəfərova Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıblar.

Offsideplus.az xəbər verir ki, cütlük skeet üzrə qarışıq komanda yarışında fəxri kürsünün ən yüksək pilləsində yer alıb.

Qeyd edək ki, daha əvvəl Nurlana Cəfərova skit reytinq yarışlarında İslamiada da qalib olmuşdu.