Kişi basketbolçulardan ibarət Azərbaycanın 3×3 komandası Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında ardıcıl 3-cü qələbəsini qazanıb.

Offsideplus.az xəbər verir ki, komanda bu dəfə Mərakeşi 18:11 hesabıyla məğlubiyyətə uğradıb. 

Azərbaycanın Sudanla qrupdakı son oyunu rəqibin oyuna gəlməməsinə görə baş tutmayıb və komandamıza texniki qələbə verilib. Bununla da millimiz 1/4 finala vəsiqəni təmin edib. Bu mərhələdə rəqib İordaniya olacaq.

Qeyd edək ki, Azərbaycan millisi qrupdakı əvvəl keçirdiyi oyunlarda Malini 18:15, Türkiyəni isə 21:12 hesabıyla məğlub etmişdi.