Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəylik Oyunlarında bürünc medal qazanıb.

Offsideplus.az xəbər verir ki, Eldar Yusubovun komandası üçüncülük uğrunda görüşdə Kamerunla qarşılaşıb.

Oyun yığmamızın 3:0 (27:25, 25:13, 25:17) hesablı qələbəsi ilə yekunlaşıb.