Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəylik Oyunlarında Azərbaycanın kişi voleybolçulardan ibarət millisi medalsız qalıb.
Offsideplus.az xəbər verir ki, milli üçüncülük uğrunda görüşdə meydan sahibi Türkiyəyə 1:3 (23:25, 25:22, 26:28, 14: 25) hesabıyla məğlub olub.
Qeyd edək ki, bu gün Azərbaycanın qadın voleybol millisi də üçüncülük uğrunda Kamerunla üz-üzə gələcək. Sözügedən görüş Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.