Azərbaycanın beynəlxalq dərəcəli hakimi Eldar Zülfüqarov bu gün qadın voleybolçular arasında keçiriləcək V İslam Həmrəyliyi Oyunlarının final matçında Türkiyə – İran görüşündə ədaləti qoruyacaq.

Offsideplus.az Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Zülfüqarov Türkiyənin Konya şəhərində təşkil olunacaq matçda əsas referi olacaq.

Ona kamerunlu Reqin Um kömək edəcək.